Azərbaycanda onlayn ödənişlər zamanı ƏDV yalnız xidmətlərə görə tətbiq olunacaq

İQTİSADİYYAT
13:37 07.01.2017
1364
"Azərbaycan Respublikasının hüdudlarından kənarda hotel xidmətləri və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur”.
 
Bu, 2017-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklərdə qeyd edilib. Yeni dəyişikliklərə əsasən, hotel, bilet və mallar istisna olmaqla, xarici onlayn dükanlara edilən ödənişlərə 18%, xarici elektron pul kisəsi əməliyyatlarına görə isə 10% ƏDV tutulacaq. Artıq 2017-ci ilin başlaması ilə Məcəllənin həmin müddəaları da qüvvəyə minib. Vergilər Nazirliyindən "Report”a bildirilib ki, vətəndaşın xarici elektron dükanlardan aldığı hər hansı məhsula görə heç bir ƏDV tutulmur: "ƏDV-nin tətbiqi yalnız xidmətlərə aiddir. Fiziki şəkildə görünən hansısa məhsulun alınmasına vergi tətbiq edilmir”.
 
Qeyd edək ki, ilin əvvəlindən bəzi kommersiya bankları müştərilərinə xəbərdarlıq edib ki, yalnız "Amazon.com" və "eBay.com" elektron dükanlarından alınan mallar üzrə ƏDV hesablanmayacaq. Digər elektron alış-veriş saytlarından alınan mallar üzrə 18%-lik ƏDV tətbiq edilir. Nazirlik rəsmisi isə bu məlumatın yanlış olduğunu açıqlayıb. Vətəndaşları çaşdıran digər məsələ isə aviabiletlərlə bağlıdır.
 
Belə ki, yeni ilin gəlməsi ilə sosial şəbəkələrdə aviabiletlər üzrə ƏDV hesablanmaması qaydasının yalnız aviaşirkətlərin rəsmi saytına aid olması iddiasına daha çox rast gəlinir. İddialara görə, digər onlayn satış saytlarından alınan aviabiletlərə görə ƏDV tətbiq ediləcək. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən "Report”a bildirilib ki, aviabilet və hotel xidmətlərinin sifarişinə istisnasız olaraq ƏDV tətbiq edilmir. Qeyd edək ki, Vergi Məcəlləsinə ümumilikdə 201 əlavə və dəyişiklik edilib. Həmin dəyişikliklər 2016-cı il dekabrın 16-da təsdiq edilib və bU ildən qüvvəyə minib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu