Azərbaycanda qan davasının şok - TƏFƏRRÜATI

KRİMİNAL
12:35 03.02.2014
2151
Fevral ayının birində Bərdə rayonunda 66 yaşlı kişini güllələyən şəxs polis tərəfindən saxlanılıb. 
AZXEBER.COM xəbər verir ki, Bərdə rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı Bərdənin rayon mərkəzində yerləşən avtomobil yuma məntəqələrinin birində Vaqif Əvəzovu “Makarov” markalı tapança vasitəsilə güllələyən şəxsin kimliyi müəyyən olub. Polis 66 yaşlı kişini gülləyən şəxsin 1982-ci il təvəllüdlü Xosrov Xosrov oğlu Muradzadə olduğu bilinib. Polis həmin şəxsin yerini müəyyən edib.Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat nəticəsində Xosrov Muradzadə saxlanılıb. O, polisə verdiyi ilkin izahatında hadisəni qisas məqsədilə törətdiyin deyib.Məlumata görə, X.Muradzadənin güllələdiyi Vaqif Əvəzov 1986-cı ildə onun atasını qətlə yetirib. X.Muradzadə 28 il ötməsinə baxmayaraq atasının qanını almağı unutmayıb.Faktla bağlı cinayət işi başlanıb, arşadırma aparılır.Qeyd edək ki, fevral ayının birində Bərdə rayonu avtoyuma məntəqəsində silahlı insident baş verib. Məntəqəyə gələn naməlum şəxs “Makarov” markalı tapançadan beş dəfə atəş açaraq Vaqif Əvəzovu güllələyib. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.Hazırda ağır yaralanmış Vaqif Əvəzovun müalicəsi davam etdirilir.

OXŞAR XƏBƏRLƏR