Azərbaycanda qatarla traktor toqquşdu - Ölən var

SOSİAL
10:33 25.03.2023
782
Şabranda qatarla traktor toqquşub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.
Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR