Azərbaycanda qeyri-adi hadisə: məhkəmə ölən şəxsin ölkədən çıxışına qadağa qoydu

 Azərbaycanda qeyri-adi hadisə: məhkəmə ölən şəxsin ölkədən çıxışına qadağa qoydu
SOSİAL
16:19 30.03.2022
314
Azərbaycanda vəfat etmiş şəxsin ölkədən çıxışına qadağa qoyulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov məlumat paylaşıb. 

Onun sözlərinə görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun bu il 28 fevralda çıxardığı qətnamə ölən şəxslə bağlı olub. Belə ki, ötən il avqust 28-də vəfat etmiş şəxsin vergi borcuna görə ölkədən çıxışına məhkəmə tərəfindən qadağa qoyulub.

"Vergi məbləği də rəhmətliyə ölümündən sonra hesablanıb. Məhkəmə araşdırmayıb ki, adam sağdır ya yox. Yəqin düşünüblər ki, adam sənədlərdə vəfat edib, bəlkə reallıqda yaşayır", - deyə vəkil qeyd edib.
OXŞAR XƏBƏRLƏR