Azərbaycanda qeyri-adi hadisə: yumurta içindən yumurta çıxdı

MARAQLI
13:21 25.09.2013
2061

Salyan şəhərində Əliyevlər ailəsində maraqlı hadisə yaşanıb. Fərdi təsərrüfatda saxlanılan toyuq yumurtasının içindən yumurta çıxması hamının marağına səbəb olub.

Bu günlərdə Salyan şəhərinin Əliağa Kürçaylı küçəsində yaşayan Əliyevlər ailəsi maraqlı bir hadisənin şahidi olub.Uzun illər həyətyanı sahəsində toyuq-cücə saxlayan Əliyevlər ailəsi heç zaman belə bir hadisə ilə qarşılaşmayıb. Belə ki, ev sahibi Nəzakət Əliyeva səhər tezdən hindən yumurta götürüb bişirmək istəyərkən şoka düşüb.Nəzakət Əliyeva deyir ki, yumurtanı sındıranda yumurtanın ağı vardı, sarısı yox. Bir də yumurta içərisində yumurta olub.İndi yumurtanın içindən yumurta çıxması təkcə Əliyevlər ailəsinin deyil, hətta bütün qonşuların marağına səbəb olub.Mütəxəssislər isə bildirilər ki, yumurtada belə hallar, yumurtlamağı təmin edən əzələlərdəki problem və ya toyuğun yumurtladığı vaxt qorxması zamanı baş verə bilər.

OXŞAR XƏBƏRLƏR