Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşdı

İQTİSADİYYAT
17:11 14.04.2014
3038
Bu ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb
Bu ilin mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9 faiz bahalaşma müşahidə olunub.
Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5 faiz ucuzlaşıb, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 0,3 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

OXŞAR XƏBƏRLƏR