Azərbaycanda tanınmış aktyorun narkoman oğlu həbsdən buraxıldı - FOTO

MAQAZİN
19:00 24.12.2012
6418

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov azadlığa buraxılıb.  Qeyd edək ki, aktyorun oğlu 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə 6 il həbs cəzası almışdı. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnmişdi. E.Rəhmanov həm də müğənni kimi fəaliyyət göstərib, 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub.  Publika.Az-a danışan aktyor oğlunun sağlam həyata qayıtmasına görə çox sevindiyini dedi:  “Allah mərdimazara lənət eləsin, oğlum vaxtı ilə “kruqa” düşdü, narkotikdən istifadə etdi, həbsdə yatdı. İndi şükür Allaha, azadlığa buraxılıb, narkotikdən malicə olunub, namaz qılır. Artıq müğənni kimi də fəaliyyətə başlayır. 6 yeni mahnı yazdırıb, efirlərə çıxacaq”.

OXŞAR XƏBƏRLƏR