Namizəd Xalidoğlu vəfat etdi - Foto

Namizəd Xalidoğlu vəfat etdi - Foto
SOSİAL
09:56 17.02.2026
801
Azərbaycanın tanınmış şairi Namizəd Xalidoğlu (ədəbi ictimaiyyətdə Qoca Xalid kimi tanınır - red.) vəfat edib.

AZXEBER.COM xəbər verir ki, 71 yaşlı şairin ölüm səbəbi məlum deyil.

Xatırladaq ki, Qoca Xalid 1954-cü ildə Şəkinin Kiçik Dəhnə kəndində anadan olub. O, Şəki ədəbi mühitinin tanınmış nümayəndələrindən biri hesab olunur.

Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu olan Qoca Xalid Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. O, həmçinin Rusiya xalqlarının VII Artiadasının və Beynəlxalq N.Rubtsov mükafatlarına layiq görülüb.

/Oxu.az

 


OXŞAR XƏBƏRLƏR