Azərbaycanda tələbə tibb bacısı işləyən anasını bıçaqladı

Azərbaycanda tələbə tibb bacısı işləyən anasını bıçaqladı
SOSİAL
10:07 09.07.2022
282
Ağdamda oğul anasını bıçaqlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Eltun Kərimov qısqanclıq zəminində Ağdam rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anası, 1977-ci il təvəllüdlü Elnurə Kərimovanı bıçaqlayıb. Yaralı rayon Xəstəxanasına çatdırılıb.

Eltun Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR