Azərbaycanda tikintiyə nə qədər pul ayrılır?

Azərbaycanda tikintiyə nə qədər pul ayrılır?
İQTİSADİYYAT
14:06 15.07.2014
1790

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7625.9 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3.4 faiz çox vəsait yönəldilib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin birinci yarısında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı yaydığı statistikada bildirilib. Əsas kapitala cəlb olunmuş vəsaitin 5296.4 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 10.7 faiz artıb. Əsaslı vəsaitin 67.9 faizi və ya 5179.3 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub, əsas kapitala yönəldilmiş vəsaitin 5.4 milyard manatını və ya 70.7 faizini daxili investisyalar təşkil edib və ötən ilki səviyyədən 2.3 faiz az, xarici investisiya 20.5 faiz yüksək olub. 

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Altı ay ərzində 824.6 min kv.metr sahəsi olan yaşayış evləri, 2640 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilib. Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5374.8 milyon manat vəsaitin 2641.5 milyon manatından istifadə olunub.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıxanovda sürücüləri bezdirən durum: "Tıxac yaranır, getmək olmur" — VİDEO
09:39 16.10.2025
Bakıxanovda sürücüləri bezdirən durum: "Tıxac yaranır, getmək olmur" — VİDEO
Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
09:28 16.10.2025
Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
09:21 16.10.2025
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
09:17 16.10.2025
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
Bu ərazilərdə işıq olmayacaq
08:53 16.10.2025
Bu ərazilərdə işıq olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 16.10.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda taksilərə məhdudiyyət qoyulacaq: “Bu 15 min insanın işini itirməsi deməkdir”
08:27 16.10.2025
Bakıda taksilərə məhdudiyyət qoyulacaq: “Bu 15 min insanın işini itirməsi deməkdir”
Qazi Xətai İH-dən şikayətçidir: İcra başçısı məni qəbul etmir - VİDEO
08:23 16.10.2025
Qazi Xətai İH-dən şikayətçidir: İcra başçısı məni qəbul etmir - VİDEO
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər
05:02 16.10.2025
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
03:58 16.10.2025
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi - VİDEO
01:37 16.10.2025
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi - VİDEO
Səmra: “Kişilər qadınlardan asılı vəziyyətdədir”
00:02 16.10.2025
Səmra: “Kişilər qadınlardan asılı vəziyyətdədir”
HƏMAS iki girovun meyitini BQXK-yə təhvil verib
23:53 15.10.2025
HƏMAS iki girovun meyitini BQXK-yə təhvil verib
İctimai nəqliyyatda qiyməti dəyişməyən avtobuslara tələbat ARTDI - VİDEO
23:30 15.10.2025
İctimai nəqliyyatda qiyməti dəyişməyən avtobuslara tələbat ARTDI - VİDEO
Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib
23:13 15.10.2025
Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
23:01 15.10.2025
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb