2017-ci ildə 10 sığorta şirkətinin yığımları azalıb.
AZXEBER.COM-un siğorta bazarında apardığı araşdırmaya görə, ən kəskin azalma "Amrah Sığorta”da müşahidə edilib. Şirkətin bazar payı 2016-cı il ilə müqayisədə 65% azalıb.
"Standard İnsurance” 2017-ci ildə baş verən dəyişikliklərdən özünə gələ bilməyib. Bu yığımların həcmində də özünü göstərib. Şirkətin yığımları ötən il 38% azalıb.
Azalmanın həcminə görə, "Qala Həyat” 3-cü olub. Şirkətin yığımları 31,737 milyon manatdan 19,893 milyon manata düşüb. Başqa sözlə, 37,3% azalıb.
"Rəvan Sığorta” 32,2 % azalma ilə siyahıda 4-cü, "Xalq Sığorta” isə 20,9%-lə ilk 5-liyi tamamlayıb.
Siyahıda sonuncu "A Qroup Sığorta” şirkəti olub. Tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin yığımları 0,7% azalaraq 12,689 milyon manata düşüb.