Azərbaycanda yeni futbol məktəbi açılır

İDMAN
21:00 24.05.2012
8764
"Uşaqlar "Barselona" və "Fənərbağça" futbol məktəblərinə göndəriləcək"Azərbaycanda uşaq futbolunun inkişaf etdirilməsi ilə bağlı ilkə imza atılıb. Bu istiqamətdə yeni özəl uşaq futbol klubu yaradılıb. "Can Bala" adlı klub məktəbdən əvvəl (2-7 yaş) qız və oğlanlardan ibarət futbol proqramı təqdim edir. Yaradıcı, əyləncəli və yaş qruplarına uyğun olan proqram böyük futbola giriş üçün hazırlanıb.Bu barədə ətraflı məlumat əldə etmək üçün klubun təsisçisi Yusif Cümşüdovla əlaqə saxladıq. O, "FutbolPress"ə açıqlamasında "Can Bala"nın məqsədi və klub haqqında hər şeyə aydınlıq gətirdi:"Bu, Azərbaycanda körpə uşaqlar üçün yaradılan ilk futbol klubudu. Məqsədimiz çox kiçik yaşlardan uşaqları futbola həvəsləndirmək və ölkəmizdə bu idmanın növünün inkişafına kömək etməkdi.Sentyabrdan tam fəaliyyətə başlayacağıq, hələlik, 10-12 nəfər klubumuzda məşq edir. Körpə uşaqlar həftədə 1,3,5 ve 2,4,6-cı günlər saat 18:00-da Politexnik İnstitutunun zalında və Tofiq Bəhramov adına Respublika Stadionunun yanında hazırlıq keçir. Məşqlər musiqi sədaları ilə təşkil olunur.Uşaqlar 10 yaşdan sonra Azərbayacanın digər uşaq futbol klublarına ve UNICEF-in dəstəyi ilə İspaniyanın "Barselona" və Türkiyənin "Fənərbağça" uşaq futbol məktəblərinə göndəriləcək. Sözügedən klublarla əməkdaşlıq edirik.Bu klub pulludu. Hər bir valideynin köməkliyi sayəsində müəyyən tələbatlarımızı ödəmək üçün aylıq pul yığılacaq. Hələlik, ödəniş məbləği müəyyənləşməyib. Məşqlər əsasən sentyabrdan başlayacaq deyə, tələbatlarımızı dəqiq bilmirik.Cümşüdov sonda valideynlərə səslənib: "Əziz valideynlər! "Can Bala" uşaq futbol klubunda övladınız 4, 5 və yaxud 6 yaşından etibarən məşqlərə başlayarsa, digər klublarda 10-12 yaşında olan uşaqlardan tam fərqli olacaq. Övladınız o zaman topu rahat qəbul edərək, istənilən fəndlər göstərəcək və komandasının ən güclusü olacaq. Uşaqlarınızın gələcəkdə dünya ulduzu olmasına tam əmin olun. Qeyd edək ki, "CAN BALA" futbol məktəbinin rəsmi açılış günü 26.06.2012 tarixində olacaq. Ünvan: Gənclik metrosu yaxınlığı, (Zooparkın yanı) “Tural” Şadlıq sarayının arxası- Neft akademiyasının idman kompleksi (AZİ-nin zalı)

OXŞAR XƏBƏRLƏR