Azərbaycanı onlar təmsil edəcək...

MARAQLI
12:41 13.01.2024
262
"Fashion Week Moscow New Kids- 2024" uşaq model müsabiqəsində Azərbaycanı təmsil edəcək modellər bəlli olub.
 
AZXEBRER.COM xəbər verir ki, 28 və 29 mart tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində baş tutacaq müsabiqədə Seccad Həsənzadə,  Milana İbrahimova, Məryəm Orucova, Fatimə Qulamova  və Mirhüseyn Süleymanlı iştirak edəcək.

Bu haqda "Luna Kids Model” akademiyasnın rəhbəri Elvira Süleymanova məlumat verib.

"Böyük qürur ve həyəcanla akademiyamızın modelləri Azərbayan Respublikasını Rusiyada uğurla təmsil edəcəkdir. Beynəlxalq moda sektoruna en yaxşılarını təqdim etmək üçün akademiyamız, gənc və istedadlı modellərini dünya arenasında tanıdır. Rusiyanın rəngli atmosferində, modellərimizin yaradıcılığı, bacarığı və enerjiləriylə Azərbaycanı təmsil edəcək olmaqdan böyük qürur hissi duyuruq. Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!", - deyə, vurğulayıb.

«Fashion Week Moscow New Kids» a qatılan uşaqlarımız hal-hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşır.
Aysel

OXŞAR XƏBƏRLƏR