Həmyerlimiz Dilarə Kazımova 22-ci yeri tutub. Ölkəmizə yalnız San-Marino 12 xal verib.
AZXEBER.COM xəbər verir ki, bu Azərbaycanın Avroviziya tarixində ən uğursuz çıxışı kimi tarixə düşüb.
Xatırladaq ki, Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş 53-cü müsabiqədə iştirak etmişdir. Həmin müsabiqədə 132 xal toplamış Azərbaycan 43 ölkə arasında 8-ci yeri tutmuşdur.
2009-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş 54-cü müsabiqədə Azərbaycan 207 xal toplayaraq 42 ölkə arasında 3-cü yeri tutmuşdur.
2010-cu ildə isə Norveçin paytaxtı Osloda keçirilmiş 55-ci müsabiqədə Azərbaycan 145 xal toplayaraq 39 ölkə arasında 5-ci yeri tutmuşdur.
Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 221 xal toplayaraq müsabiqənin qalibi oldu.
2012-ci ildə Səbinə Babayeva 150 xalla 4-cü yeri tutub. Ötən il isə Fərid Məmmədov 234 xalla 2-ci yerə sahib çıxıb.