Azərbaycanın tanınmış ekstrasensi toy hazırlığı görür - FOTO

MAQAZİN
16:27 18.03.2012
4890
“Kiçik toy” təntənəsini bir az sonraya saxlayan ekstrasens Zirəddin Rzayev dünən oğlu Ruslanı sünnət etdirdi. Müsəlman adətindən doğan bu mərasimdə ekstrasensin ailəsi və dostları iştirak edib. Xatırladaq ki, balaca bəy - Ruslanın kirvəsi rusiyalı tanınmış iş adamlarından biri olub. Bir neşə ay əvvəl öz yubileyini Moskvanın məhşur restoranlarından birində Rusiya və Azərbaycan estradasının tanınmış ulduzlarının iştirakı ilə qeyd edən ekstrasensin 2 yaşlı oğlu Ruslana belə səssiz-səmirsiz, tələsik mərasim etməsinə səbəb isə uşağın bir az rahatsızlığı baxımından olub. Ekstrasens bu mərasimi yaxın aylarda geniş və daha təntənəli şəkildə qeyd etdirəcəyini söyləyib.

 Müsəlmanlığa ilk addımını atan Ruslan balanı biz də təbrik edirik! (milli.az)

OXŞAR XƏBƏRLƏR