Azərbaycanın tanınmış müğənnisi aparıcı oldu - FOTOLAR

MAQAZİN
14:05 26.12.2012
2490

Müğənni Ayaz Qasımov yeni mövsümdə yeni televiziya layihəsinə imza atacaq. AZXEBER.COM-a danışan müğənni, müəllifi olduğu yeni layihəsində aparıcı kimi efirə çıxacaq:

“Artıq demək olar ki, geridə qoyduğumuz bu ildə televiziyaların birində aparıcı olaraq özünü sınadım. Yeni 2013-cü ildə müəllifi olduğum layihə ilə tamaşaçıların qarşısına yenidən aparıcı olaraq çıxacam”.

Bununla yanaşı müğənni “A-dan Z-yə” adlı verlişinin hansı kanalda yayımlanacağını sirr olaraq saxladı. Verilişdə kimlər qonaq olacaq sualına isə, Ayaz Qasımov, “Bütün sahələrdə çalışan şəxslər qonaq qismində çıxış edəcəklər. Sırf şou-biznes, əyləncə xarakterli veriliş olmasa da, amma musiqiyə daha çox yer ayıracağıq. Bu verlişimiz həftədə yalnız bir dəfə yayımlanacaq. Bəstəkar Vüqar Camalzadənin rəhbərlik etdiyi orkestrin müşayiəti ilə əsas ifaçı kimi özüm olacağam” deyə cavab verdi. Sonda müğənni onu da qeyd etdi ki, “Verilişin xüsusi bir özəlliyi də odur ki, fəsillərə görə səhnə dekorasiyası dəyişəcək. Bu da tamaşaçıların zövqüncə olacaq”.

Ozal İbrahimli 

OXŞAR XƏBƏRLƏR