Azərbaycanın xalq artisti: 'Sərbəst yeriye bimirəm, işə getmirəm, maşın sürə bilmirəm' - VİDEO

MƏDƏNİYYƏT
18:58 22.01.2013
1775
Bir neçə il bundan öncə Türkiyədə ürək əməliyyatı keçirən daha bir xalq artistimiz Yalçın Rzazadənin qəfil halı pisləşib. Xalq artistinin səhhəti ilə maraqlanıb telefon bağlantısı yaratdıq. Səhhəti ilə bağlı telefon danışığı zamanı danışmaqda çətinlik çəkən Yalçın Rzazadə vəziyyəti ilə bağlı suallarımızı cavabsız qoymadı.“Bir neçə gün idi ki, qızdırmam var idi. Həkim gəldi, iynə vurdu. Temperaturum düşmədi, təzyiqim qalxdı. Sərbəst yeriye bimirəm, işə getmirəm, maşın sürə bilmirəm. Bu gün bir ürək iynəsi vurublar. Özümü bir az yaxşı hiss edirəm”

OXŞAR XƏBƏRLƏR