Azərbaycanın xalq artisti xarici şou-biznesdə özünə heç kimi rəqib görmür - VİDEO

MAQAZİN
19:13 28.01.2013
1590
Türkiyədən gələr-gəlməz öz dünya layihəsi ilə aləmə səs salan Azərbaycanın xalq artisti Aygün Kazımova yenə də hamını təəccübləndirməyi bacardı. Hollivudda tanınmaq istəyən azərbaycanlı müğənni ən son açıqlamaları “Şoubiz”ə verdi. “Duet ortağımın kim olduğunu artıq bilirsiniz. Türk mediasında və vətənimdə açıqlandı. Bu Snup Doqdur. Onu da söyləyim ki, təklif Snup Doq və onun komandasından tərəfindən gəlib. Çox xoşbəxtəm ki, seçdikləri muğənni mən oldum. Bildiyiniz kimi mahnımız hazırdır, fevralda Los Ancelesə yola düşürük. Snup Doqun öz villasında klip çəkiləcək”.Dünya şöhrətli repçi Snup Doqla duet oxumağa hazırlaşan xalq artisti xarici şou-biznesdə özünə heç kimi rəqib görmədi.

OXŞAR XƏBƏRLƏR