Azərbaycanlı boksçu erməni rəqibini nokauta saldı

İDMAN
19:22 13.05.2012
2197
Almaniyada mayın 12-də Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov erməni idmançı Geqişe Tolmasyanla qarşılaşıb. Boksçumuz 4-cü raundda rəqibini nokaut vəziyyətinə salaraq qələbə qazanıb. Döyüş boksçumuz üçün çox ağır keçib. 2-ci raundda rəqib Mməmmədovu nokdaun vəziyyətinə sala bilib. Amma idmançımız 4-cü raundda rəqibini nokaut vəziyyətinə salıb. Görüşdən sonra Fariz Məmmədov bildirib ki, o, idmançı kimi yox, azərbaycanlı kimi bu qələbəni qazanıb.

OXŞAR XƏBƏRLƏR