Azərbaycanlı gənc idmançı Türkiyədə qətlə yetirildi - FOTO

HADİSƏ
13:10 31.05.2022
826
Azərbaycanlı idmançı Türkiyədə öldürülüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlı qarışıq döyüş növləri ilə məşğul olan İlkin Eminov öldürülüb.

Çanaqqalanın Lapseki rayonunda futbol oyunu zamanı münaqişə yaşanıb. Belə ki, iki tərəf arasında mübahisə yaranıb və yaranan mübahisə davaya səbəb olub. Hadisəni müdaxilə edənlər sakitləşdirib.

Bundan sonra dünən saat 23:30 radələrində dava edənlər rayon ərazisindəki kafedə barışmaq üçün bir araya gəliblər. Lakin iki qrup arasında yenidən dava düşüb. Davada bıçaqdan istifadə edilib və nəticədə Azərbaycan vətəndaşı İlkin Eminov aldığı bıçaq zərbələri nəticəsində ağır xəsarət alıb. Hadisə zamanı iki nəfər bıçaqlanıb və yüngül xəsarət alıb. Ağır vəziyyətdə Lapseki Dövlət Xəstəxanasına çatdırılan İlkin Eminov həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Hadisədən sonra polis üç şübhəlini qətl şübhəlisi kimi saxlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
 

 


OXŞAR XƏBƏRLƏR