Azərbaycanlı gənc müğənni iddialı danışdı - FOTOLAR

MAQAZİN
00:01 18.12.2012
2319

Gənc və istedadlı müğənni Çingiz Mustafayev, qrupu Palmas ilə baş tutan ilk solo konsertinin Summer Evening adlı DVD diskinin təqdimatını reallaşdırdı. AZXEBER.COM-un məlumatına görə, Park Cinemada baş tutan təqdimat mərasiminə təxminən 100-ə yaxın insan toplaşmışdı. Təxminən 1 saat ərzində Çingiz Mustafayev və Palmas qrupunun solo konsertini izləyən tamaşaçılar sonda müsbət fikirlərlə ayrıldılar. Səbəbkar özü isə, Palmasın ilk konserti olmasına baxmayaraq, tamaşaçılar tərəfindən bəyənildiyinə çox sevindiyini bildirdi. “Bu bizim ilk konsertimizdi. Ancaq bundan sonra da, bir neçə konsert verərək tamaşaçıların zövqünə oxşamağa çalışacağıq” deyə Çingiz Mustafayev fikirlərini bölüşdü. Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR