Azərbaycanlı iş adamı gənc oğlanı qətlə yetirdi

Azərbaycanlı iş adamı gənc oğlanı qətlə yetirdi
KRİMİNAL
12:16 25.11.2013
2654

Noyabrın 16-da Ukraynanın Luqansk şəhərində azərbaycanlı sahibkar Şahin Məmmədov tərəfindən güllələnən 26 yaşlı gənc xəstəxanada keçinib.

AZXEBER.COM Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Luqansk vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Tatyana Poqukay məlumat verib.Onun sözlərinə görə, insident əvvəlcə Ş.Məmmədovun oğlu ilə ölənin dostu arasında yaranan mübahisədən başlayıb və heç bir atışma olmayıb.“Daha sonra söhbət Şahin Məmmədovun xoşuna gəlməyib. O, evdən ov tüfəngi gətirib və mübahisə edənlərin olduğu maşına atəş açmağa başlayıb. Güllələrdən biri avtomobilin arxasında oturan 1987-ci il təvəllüdlü oğlanın peysərinə dəyib”, - deyə o bildirib.Mətbuat katibinin məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həmyerlimiz tutulub.Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə cinayət işi qaldırılıb. İndi həmyerlimizi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR