Azərbaycanlı müğənni: ''Bu arzuma çatsam, qurban kəsəcəyəm''

MAQAZİN
13:28 17.10.2012
1911
Azərbaycanın tanınmış estrada müğənnisi Elnur Məmmədov Naxçıvanla bağlı layihə üzərində işləyir.
Naxçıvanda keçirilən konsertdə “Azərbaycan” adlı kompozisiya ilə çıxış edən müğənni, elə həmin mahnıya klip çəkdirmək qərarına gəlib: “Bu mahnı Naxçıvana həsr olunub və klip çəkdirməyə hazırlaşıram. Mən bu yaxınlarda bu möhtəşəm şəhərdə çıxış etdim. Burada hava və təbiəti o qədər gözəldir ki, həmişəlik qalmaq belə istədim. Səfər zamanı mən İstisu, Duzdağa getdim, Əshabi-Kəhf adlı müqəddəs yeri ziyarət etdim. Hətta söz verdim ki, əgər arzum gerçəkləşərsə, qurban kəsəcəyəm. Burada mən öz layihəmi gerçəkləşdirəcəyəm və Naxçıvanın görməli yerlərini orada əks etdirəcəyəm”.

OXŞAR XƏBƏRLƏR