Azərbaycanlı müğənni qızını göstərdi - FOTOLAR

MAQAZİN
12:34 22.12.2012
7041

Xanəndə İlahə İbadova vaxtının əsas hissəsini övladına ayırmağa çalışır. 

SİA-nın məlumatına görə, sənət işləri bəzən onu analıq qayğısından ayırsa da, sənətçi uçun önəmlisi 4 yaşlı Ayanın döğru-düzgün tərbiyəsidir. Xanəndə övladını hələ ki, özündən sonra anasına etibar edir. Sənət işlərini başa vurub, yorğunluğunu övladı ilə çıxarır. Uzun bir vaxtdan sonra övladı ilə mətbuata açıq olan sənətçi ailə məsələlərini hər an abartmağı zəruri bilmədiyini söylədi: “Ayana olan diqqəti heç özümə göstərmirəm. Hər gün onunla bağlı nə isə düşünürəm. Saatlarla bəzən yanında ola bilməsəm də, bunun əvəzini çıxmağa çalışıram”.

Sənətçi Ayanı cəmiyyətə yararlı övlad kimi böyütməyi qarşısına məqsəd qoyub: “Yaşına görə, yükləməməyə çalışıram. Qavraya bildiqi qədər məşğələlərə aparıram. İngilis dili müəllimi hazırlaşdırır. Bir azdan biləcəm ki, bu öyrəndikləri peşələrdən hansına daha çox meyillidir”.

Qızının xarakterini sərt olmasa da, anası kimi kaprizi də var: “Görkəmi, xasiyyəti eynən özümdür. İnsanlarla tez ünsiyyət tapa bilir. Amma hamıya dost kimi yaxınlaşmır. Ərköyünlüyü əskik deyil. Çox üstünə getmirəm. Çünki özüm də beləyəm”.

Ulduz ana-balanı isə təqdim etdiyimiz foosessiyada izləyə bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR