Showlife.Az xəbər verir ki, verilişdə ən çox diqqətçəkən məqam müğənninin görüşə cangüdənlə gəlməsi və şəhər boyu cangüdənin onları müşayiət etməsi olub. Maraqlıdır ki, müğənni verilişə cangüdənlə yanaşı şəxsi sürücüsü ilə də gəlib. Şəhərin mərkəzində olan çəkiliş zamanı isə cangüdən müğənnini bir an da belə yalnız buraxmayıb. Hətta cangüdən Nizami küçəsində (Tarqovı) müğənniylə yaxınlaşmaq istəyən xadiməyə göz-qaş edərək, onu ərazidən uzaqlaşdırıb.
Müğənni də öz növbəsində deyib ki, şəhərə çox nadir hallarda çıxır.
Maraqlıdır ki. xalqın sevgisi, millətin puluyla "ulduzluq zirvəsinə" yüksələn bu müğənnilər nəyə görə keçmişini çox tez unudurlar? Lalə Məmmədovanın cangüdəninin bu gün aşağıladığı xadimələr, fəhlələr, siravi vətəndaşlar olmasaydı Lalə xanımı heç kim tanımaz, adam yerinə qoymaz, ona veriliş həsr etməzdi.
Müğənnin verilişə cangüdənlə gəlməsi kadrlarını təqdim edirik: