Hindistana səfəri davam edən rəqqasə Oksana Rəsulova qısa zamanda bir neçə peşəyə sahib olmaq həvəsindədir.
Hazırda hindistanlı peşəkarlardan aktyor sənətinin sirlərini öyrənənən rəqqasəmizin daha bir istedadi üzə çıxıb. O, reper Rauf Əhmədovla birgə “Regs” adlı parçanı ifa edib.Geniş səhnədə ifa olunan bu mahnıda Oksananı canlı eşitmək mümkündür. Bu, ifaçı kimi onun ilklərindən olsa da, rəqqasə özünü sərbəst və bacarıqlı təqdim edib. İnternetə yeni yerləşdirilən duet Oksananın müğənni olub-olmayacağı barədə qəti heç nə demir. Özü Bakıda olmadığından videoya münasibətini öyrənə bilmədik. Amma onun tamaşaçısını təəəccübləndirməkdə davam edəcəyi istisna deyil.// publika.az