Azərbaycanlı Suriyada qızıl medal aldı

MƏDƏNİYYƏT
18:52 24.06.2014
1572
Müsabiqə “Dünya bir səhnədir” mövzusuna həsr edilib.
2014-cü ilin iyun ayında ənənəvi olaraq Suriyada keçirilən IX Beynəlxalq karikatura müsabiqəsi başa çatıb.
AZXEBER.COM  APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Karikatura Rəssamlar Birliyindən bildirilib.
Müsabiqə “Dünya bir səhnədir” mövzusuna həsr edilib. Münsiflər heyətinin tərkibinə Fransa, Rumıniya, İran, Mərakeş və Xorvatiyadan olan məşhur karikaturçu-rəssamlar daxil olub.
Müsabiqədə müxtəlif ölkələrdən yüzlərlə rəssam iştirak edib. Azərbaycandan olan karikaturçu-rəssam Bayram Hacızadə qızıl medala layiq görülüb.
Bu, azərbaycanlı rəssamın beynəlxalq müsabiqələrdə qazandığı beşinci qızıl medaldır.

OXŞAR XƏBƏRLƏR