Azərbaycanlı tələbə eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu

Azərbaycanlı tələbə eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu
SOSİAL
22:32 14.07.2022
695
Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Məhərrəm Cəbrayılov təhsilini ABŞ-ın Luiziyana Dövlət Universitetində davam etdirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, M.Cəbrayılov bu universitet ilə yanaşı, ABŞ-ın İllinoys Universitetinin eyni ixtisas üzrə doktorantura pilləsində tam təqaüdlə, İtaliyanın Milan Politexnik Universiteti, Almaniyanın Hamburq Texnologiya Universiteti və Kanadanın Alberta Universitetinin magistr pilləsinə (Kimya mühəndisliyi - təqaüdsüz) qəbul alıb.

Məhərrəmin alacağı təqaüd məbləği illik 28.000 ABŞ dolları təşkil edir.

O, hazırda Universitetdə professor James Dormanın rəhbərlik etdiyi nano-materiallar və katalizatorlar laboratoriyasında tədqiqatçı tələbə kimi fəaliyyət göstərir
OXŞAR XƏBƏRLƏR