Azərbaycanlı yazardan Şimali Kiprlə bağlı yeni roman

Azərbaycanlı yazardan Şimali Kiprlə bağlı yeni roman
MƏDƏNİYYƏT
16:06 15.01.2013
1627
Əhməd Şahidov: “Yeni romanım atası Qarabağ qazisi olan bir azərbaycanlı gəncin Şimali Kiprdə təhsil alması, daha sonra orada qalaraq adanın birləşməsi uğrunda apardığı mübarizədən bəhs edir”Türk dünyası ilə sıx əlaqələrə malik və bir çox beynəlxalq elmi konfrans və tədbirlərdə Azərbaycanı layiqincə təmsil edən şair və yazar, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov bir müddət əvvəl qardaş Şimali Kipr Türk Cümhuriyyətindən qayıtmışdır. ŞKTC Prezidenti Derviş Eroğlu və digər rəsmi şəxslərlə görüşən Əhməd Şahidov Azərbaycan diasporunun bu ölkədə təşkil etdiyi bir sıra tədbirlərdə iştirak etmiş və Şimali Kipr mətbuatına müsahibələr vermişdir. Bu barədə söhbət edərkən azərbaycanlı yazar gələcək planlarından da danışdı. Şimali Kiprlə qəlbən bağlı olduğunu deyən Əhməd Şahidov yaradıcılığında bu ölkəyə xüsusi yer ayıracağını qeyd etmişdir: “Bu, mənim Şimali Kiprə artıq beşinci səfərimdir. Bundan öncə də həmin ölkədə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişəm. Artıq ikinci dəfədir ki, ŞKTC Prezidenti Derviş Eroğlu ilə görüşürəm. Bundan sonra da bu qardaş ölkə ilə əlaqələrimi genişləndirəcəm.”Bir yazar olaraq, gələcək fəaliyətində Şimali Kipr mövzusuna geniş yer verəcəyini deyən Əhməd Şahidov hazırda yeni roman üzərində çalışdığını və yay aylarında həmin romanını dərc etdirəcəyini bildirdi: “Hazırda yeni bir əsər üzərində çalışıram. Yeni romanımın əsas mövzusu iki ölkənin ağrılı problemi olan Dağlıq Qarabağ və Kipr sorunu ilə bağlıdır. Romanımın qəhrəmanı gənc bir azərbaycanlıdır. Riad adlı bu gənc təhsil almaq üçün Şimali Kiprə yollanır, təhsilini bitirdikdən sonra orada qalıb yaşamaq və çalışmaq qərarına gəlir. Təhsil aldığı Doğu Akdeniz Universitetində aktiv ictimai fəaliyyətə başlayan gənc Riad daha sonra aktiv siyasətə qoşulur və Şimali Kiprin millət vəkili seçilir. Romanın əsas məğzi Kiprin birləşdirilməsi və bütün dünyada vahid bir Türk dövləti olaraq tanınmasıdır. İnşallah biz o günü görəcəyik və mənim yeni romanım da o gündən xəbər verən bir qaranquş olar.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
21:44 26.02.2026
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
21:40 26.02.2026
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib