Azərbaycanlı yazıçının əsərləri türk dilində çap olunacaq

Azərbaycanlı yazıçının əsərləri türk dilində çap olunacaq
MƏDƏNİYYƏT
12:05 29.01.2013
1569

“...Ədəbiyyatda yalnız bir qanun var: oxucunun ürəyinə yol tapa bilmək. Bunu bacardınsa, deməli, səni tez bir zamanda tanıyıb sevəcəklər. Yox, əgər oxucu sevgisini qazana bilmədinsə, deməli, tezliklə unudulacaqsan. Bu həqiqi sevgidir...”

Bu fikirlərin müəllifi, görkəmli yazıçı, beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru Vahid Məmmədlinin əsərləri ölkə-ölkə oxucuların qəlbini fəth etməkdədir.

V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən ("Tunc Allahın yükü", 2007, "Cəllad tələsməyi sevmir", 2008, "Heksogenli yol yoldaşı", 2010). bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır.

V.Məmmədli həmçinin Rusiyanın ilk qansız döyüş romanının ("Tunc Allahın yükü"), Azərbaycanda isə dastan janrında yazılmış ilk epik əsər olan "Atropatena dastanı" (2010) trilogiyasının müəllifidir.

Son dövrlərdə yazdığı povest və hekayələr dünyanın bir çox ölkələrində böyük oxucu marağına səbəb olub, onu istedadlı yazıçı kimi tanıdıb. Onun qısa müddət ərzində böyük oxucu kütləsinin rəğbətini qazanması yüksək intellektə, dərin fəlsəfi düşüncəyə malik, maraqlı süjet xətti qurmağı bacaran və məhsuldar yazıçı olduğuna dəlalət edir.

V. Məmmədlinin əsərləri Rusiyada, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Hindistanda və dıgər ölkələrdə çap olunub.

Türkiyənin məşhur “İz yayınçılıq” nəşriyyatı yazıçının “Atropatena dastanı” romanının nəşr hüququnu 10 il müddətinə alıb və kütləvi tirajla çap edib. Əsəri Türkiyə türkcəsinə Azərbaycanda yaxşı tanış olan qələm adamı, İstanbul Universitetinin professoru,hüquq elmləri doktoru Fəthi Gədikli çevirib. Kitab bu həftədən qardaş ölkənin oxucularına təqdim olunacaq.

Artıq romanın digər dillərdə də çap olunması üçün dünyanın bir çox tanınmış nəşriyyatları ilə müəllif tərəfindən müqavilələr imzalanmışdır. Bu ilin may ayında dastanın Almaniya və Avstriyada, sentyabr ayında isə Bolqarıstan,Çexiya və Çində nəşrləri nəzərdə tutulur. Əsərin xaricdə bu qədər ilgi görməsinə əsas səbəb xarici tənqidçilərin V.Məmmədlinin tarixi keçmişimizi əks etdirən dastanının Tolkien, Maria Varqas Liosa, Kortasar və Nil Qeyman kimi məşhur yazıçıların əsərləri qədər möhtəşəm və orijinal olmasını vurğulamalarıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
21:44 26.02.2026
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
21:40 26.02.2026
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib