Rusiyanın “NTV” kanalının canlı efirində dava düşüb.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyada yaşayan azərbaycanlı canlı efirdə Azərbaycanı təhqir edən digər bir qonağın üstünə hücum edib. Verilişə qonaq kimi qatılan azərbaycanlı əvvəlcə, Moskvada qanunun işləmədiyindən şikayətlənib. O bütün tələbələr arasında ayrı-seçkiliyin olduğunu söyləyərək, qanunun 1% işləməsindən şikayətlənib.
Aparıcının “Moskvada silahlı aksiyalar ola bilərmi?” sualına digər qonaq cavab verib. O, bu cür aksiyaların yalnız azərbaycanlılar və taciklərin etmək istədiyini söyləyib. Azərbaycanlı qonaq isə, azərbaycanlılar səni niyə narahat edir deyərək ona hücum edir.
AZXEBER.COM portalı həmin görüntüləri təqdim edir.