Azercell abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!

İQTİSADİYYAT
14:25 02.03.2022
323
Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər uzatdı!

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir. Belə ki, lider mobil operator hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini mart ayının 6-dək (06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün Azercell abunəçiləri üçün təqdim olunub.

Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir
OXŞAR XƏBƏRLƏR