"Azercell" "Azerfon"dan nə istəyir?

MARAQLI
23:43 02.11.2011
2116

“Azercell Telekom” MMC-nin növbəti qurbanı “Azerfon” şirkətinə məxsus olan B&B TV olub. Etibarlı mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, şirkət rəhbərliyi hazırda keyfiyyətli 3G xidməti göstərmək adı ilə öz rəqiblərini bir-bir sıradan çıxarmağa çalışır.

Mənbənin dediyinə görə, Azercell Telekom” MMC bazardakı monopoliyasını bu adla qorumağa çalışır. Hətta bununla bağlı şirkətin prezidenti Ali Ağan 11 min manatlıq dövlət rüsumunu ödədiklərini və onların lehinə avqustun 27-dən Radiotezliklər üzrə Dövlət Komissiyasından tezlik verilməsi barədə qərar verildiyini təsdiqləyib. Ali Ağan tezliyin verilməsinə baxmayaq “Azerfon”a məxsus B&B TV-nin hələ də tezliyi boşaltmadığını söyləyib. O, belə getsə başqa addımlara əl atacaqlarını da inkar etməyib. 

Çox maraqlıdır ki, hazırda "Azercell"də 3G var ancaq tezlik yoxdur. Şirkət prezidenti bu problemi həll etmək əvəzinə "Azerfon" şirkətinə sataşır və "Azerfon-un hansı xidməti bizdən keyfiyyətli olub ki..?" sualını verir. Reallıq isə onu göstərir ki, ən azından "Azerfon"un 3G-si "Azercell"dən daha keyfiyyətlidir çünki ikinci ümumiyyətlə tezlik yoxdur.

Qeyd edək ki, hazırda mobil operator bazarında liderlik edən şirkətin kontur sistemindən manat sisteminə keçməsinin ardından istifadəçilərin şikayətlərinin ardı-arası kəsilmək bilmir. Hətda bu yaxınlarda AZXEBER. COM portalının keçirdiyi 20 min 600 nəfərlik rəsmi “facebook” səhifəsində “Azərbaycanda ən pis çalışan, abunəçiləri aldadan mobil operator hansıdır?” sorğusunun nəticələrinə görə, abunəçiləri aldadan mobil operator” 43 %-lə “Azercell Telecom” olub. Sorğuda iştirak edən Gündüz Novruzov adlı istifadəçi şirkətin dəfələrlə istifadəçiləri təhqir etdiyini inkar etməyib: “Dünən “Azercell”dən mesaj gəlib ki, "Putinin hormonu dəyişib, görmək istəyərdin? - 0.50 AZN". Mən bilmirəm Putinin mənə və “Azercell”ə nə dəxli var. 50 qəpiyə görə istifadəçiləri belə təhqir etmək olmaz”.

OXŞAR XƏBƏRLƏR