Azercell-dən 4G indi Masallı və Cəlilabad sakinləri üçün

Azercell-dən 4G indi Masallı və Cəlilabad sakinləri üçün
İQTİSADİYYAT
14:04 17.05.2018
7373
Lider mobil operator regionlar üçün sürətli mobil interneti əlçatan edir

Ölkəmizdə ilk dəfə 4G texnologiyasını və yüksək sürətli mobil interneti abunəçilər üçün mümkün edən Azercell Telekom bölgələrdə də bu xidmətin yayılmasına yönəlik təşəbbüslərini davam etdirir. Azercell LTE şəbəkəsinin əhatə dairəsini genişləndirərək bu dəfə Masallı və Cəlilabad şəhərlərində 4G xidmətini istifadəyə verib. Belə ki, Masallıda ümumilidə 6, Cəlilabadda isə 5 LTE stansiyası quraşdırılaraq yerli abunəçilərə yüksək sürətli mobil internetdən istifadə etməyə imkan yaratdı. 4G xidmətinə qoşulan abunəçilərinə Azercell hədiyyə olaraq 5GB həcmində mobil internet də təqdim edir. 5GB hədiyyə interneti aktivləşdirmək üçün isə abunəçilərə sadəcə olaraq "4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Nəzərinizə çatdıraq ki, Bakı və Abşerondan sonra regionlarda ilk 4G xidmətləri təqdim edən operator olaraq, Azercell ötən il

ərzində Gəncə, Bərdə, Şəmkir, Lənkəran və Şirvandakı abunəçiləri üçün yüksək sürətli interneti əlçatan etdi. Azercell-in bu il üçün əsas məqsədlərindən biri 4G şəbəkəsinin respublika ərazisi boyunca genişləndirilməsini davam etdirməkdir. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
10:57 24.06.2025
Netanyahunun ofisi: İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatmışıq
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
10:45 24.06.2025
Sabunçuda dayanacaqdan kənarda park edilən avtomobillərə cərimələr yazılır? - VİDEO
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
10:43 24.06.2025
"İnsanlar heç vaxt dəyişmir" - Vüsalə
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
10:39 24.06.2025
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
10:32 24.06.2025
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
10:25 24.06.2025
“Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə, bir o qədər yaxşı olacaq”
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
10:18 24.06.2025
İsrailin hava zərbələrində İranın dövlət elektrik şirkətinin baş meneceri ölüb
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
10:17 24.06.2025
DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
10:14 24.06.2025
İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
10:13 24.06.2025
"İnstaqram" dan yenilik - "20 dəqiqəlik "Reels" videoları"
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
10:04 24.06.2025
Dövlət başçısı: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
10:02 24.06.2025
İsrailin Gilana zərbəsi nəticəsində 9 nəfər mülki şəxs ölüb, 33 nəfər yaralanıb
Bu rayonlara yağış yağıb - Faktiki hava
09:58 24.06.2025
Bu rayonlara yağış yağıb - Faktiki hava
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
09:54 24.06.2025
Prezident: Son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
Azərbaycan nefti ucuzlaşıb
09:43 24.06.2025
Azərbaycan nefti ucuzlaşıb
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"
09:41 24.06.2025
Prezident:""8 Noyabr" Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək"