Azercell qadınlara növbəti dəstək proqramına start verir

Azercell qadınlara növbəti dəstək proqramına start verir
İQTİSADİYYAT
11:22 01.09.2025
1139

Azercell "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq, qadınların ictimai fəallığını artırmaq və sosial rifahını gücləndirmək məqsədilə növbəti sosial layihə müsabiqəsini elan edir.

Müsabiqəyə təqdim olunacaq layihələr qadınlarla bağlı aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:

bilik  bacarıqların inkişafı;

sahibkarlıq və biznes sahəsində praktiki biliklərin öyrədilməsi;

texnologiya və innovasiya sahəsində yeni bacarıqların formalaşdırılması;

hüquq və maliyyə savadlılığının artırılması;

sağlam həyat tərzinin təşviqi.

Seçim zamanı rəqəmsal inkişafı, inklüzivliyi və texnoloji həllər vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləyən layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyaya təsiri və davamlı icra imkanları da əsas meyarlar sırasında yer alacaq.

Qiymətləndirmənin şəffaflığını və obyektivliyini təmin etmək üçün təkliflər ölkədə bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qalib layihələrin hər birinə 7.000 AZN-dək maliyə dəstəyi ayrılacaq. Yekun məbləğ münsiflərin qərarına əsasən müəyyən ediləcək.

Müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.

Layihə təklifləri 1-30 sentyabr 2025 tarixləri arasında Azərbaycan dilində aşağıdakı link vasitəsilə göndərilməlidir: https://forms.office.com/r/e3WYWvzXau

Müraciətə layihənin detallı büdcəsi əlavə edilməlidir.

Azercell bütün iştirakçılara uğurlar arzulayır!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
21:44 26.02.2026
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
21:40 26.02.2026
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib