Dünya bazarında Azərbaycan neftinin qiymətində cüzi ucuzlaşma qeydə alınıb.
"Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 95,5 ABŞ dolları olub. Hazırkı qiymət Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq proqnoz göstəricidən xeyli yüksəkdir.
Maraqlıdır, bu, yalnız gündəlik bazar dəyişkənliyidir, yoxsa qarşıdakı dövrdə neftin ucuzlaşması ilə bağlı daha ciddi tendensiyadan xəbər verir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan neftinin gündəlik qiymət dəyişikliklərini izləmək analitik baxımdan ciddi əhəmiyyət daşımır:

"Azərbaycan neftinin bahalaşmasını, ucuzlaşmasını gündəlik təqib etməyin mənası yoxdur. Çünki bugünkü boğazı və elanlandırış gərginliyi fonunda ya ucuzlaşır, ya bahalaşır. Yəni, gündəlik qiymət dəyişiliyinin belə ciddi bir analitik, belə deyək, əhəmiyyəti yoxdur. Biz baxmalıyıq aylıq, rüblük və illik qiymət dəyişikliklərinə”.
İqtisadçı qeyd edib ki, cari ilin əvvəlindən Azərbaycan neftinin orta qiyməti kifayət qədər yüksək səviyyədədir:
"İndi aralıq ortalama qiymət bu ilin əvvəlindən Azərbaycan nefti üçün çox yaxşı səviyyədədir. Yəni, ortalama qiymət hardasa 85 dollar, 88 dollar civarındadır ki, bu da kifayət qədər yüksək qiymətlərdir”.
Fəridə Əsədzadə









































