Türkiyədə yaşayan Xalq artist Azərin kinorejissor Oqtay Mirqasımov ilə fotolarını yayımlayıb.
AZXEBER.COM xəbər verir ki, Azərin türkiyəli izləyicilərinə Oqtay Mirqasımov haqda geniş məlumat verib.
""Şərəf" və "İstiqlal" ordenli Azərbaycanımızın dəyərli ziyalısı, kinooperator, ssenaristi, Azərbaycan Respublikasının Xalq artisti Oqtay Mirqasımov. Amma hər şeydən əvvəl o, böyük qardaşımız və gözəl insandır. Nə vaxt görüşsək, onun həyat fəlsəfəsini, tarix bilgisini dinləsək, vaxtın bitməsini istəmirəm. Mən sizi nə yaxşı ki, tanımışam canım Oqtay Müellim və Nailə xanım. Allah sizə can sağlığı versin. Sizin kimi insanları özümüzə və millətimizə çox dəyərli saymalıyıq, çünki siz örnəksiniz" deyə xalq artisti bildirib.
Aysel