"Azneft" meydanında nəhəng "Çay Dəstgahı"

"Azneft" meydanında nəhəng "Çay Dəstgahı"
MARAQLI
13:55 17.03.2011
2214
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumata görə, tədbir Qız Qalasının yanından başlayaraq saat qülləsinə qədər bir neçə müxtəlif ərazilərdə təşkil ediləcək. Şənliklər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək: "Şənliklər bulvar ərazisində təşkil olunduğundan Bulvar İdarəsi də tədbirlərin keçirilməsində yaxından iştirak edir”.

Doğrudan da, Dənizkənarı Milli Park ərazisində və İçəri Şəhərdə bayramla əlaqədar hazırlıq işləri gedir. Bayram şənliklərinin keçiriləcəyi yerlərdən biri də Milli Park ərazisində artıq sökülmüş “Dinamo” İdman Cəmiyyətinə məxsus idman kompleksinin yerində hazırlanmış xüsusi səhnədir.

Vətəndaşların marağına səbəb olan amillərdən biri də Azneft meydanında quraşdırılan armudu stəkan və nəlbəkidir. Bundan başqa, işıq dirəklərinə və Milli Park ərazisində çox sayda baharın rəmzi sayılan çobanyastığı formasında işıq konstruksiyaları quraşdırılıb.

Bayramla əlaqədar yolların kənarında abadlıq işləri aparılır. Şənlik üçün ərazilər alabəzək lentlərlə bəzədilir. Novruz atributları, yumurta, səməni və s. ilə bəzədilir. Qız Qalasının yanında 19, 20 və 21 martda təşkil olunacaq şənliklərə hazırlıq gözülür. Aşıqlar, meyxanaçılar və başqa incəsənət nümayəndələri məşqlər keçirir. Şənlikdə Novruzun atributları sayılan kosa və keçəl də insanları əyləndirir. Hazırlıq işlərinə nəzarət etmək üçün mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də təşrif buyurmuşdu.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şənlik tədbirlərində Azərbaycanın bütün bölgələrindən nümayəndələr iştirak edəcək. Şənliklərdə adət-ənənələr, Azərbaycan mətbəxinin min cür ləziz təamları nümayiş etdiriləcək. Bayram günlərində paytaxtın müxtəlif ərazilərində konsert proqramları planlaşdırılır. Şənlik mərasimlərində aşıqlar, meyxana ustaları, digər mədəniyyət-incəsənət nümayəndələri iştirak edəcək. Həmçinin tədbirlərdə xarici ölkələrdən nümayəndələrin də iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, artıq Qız Qalasının yanında Novruz bayramı münasibətilə xoruz döyüşü təşkil edilmişdi. Bakının müxtəlif kəndlərindən, əsasən də Binəqədi rayonundan gətirilən döyüşkən xoruzlar öz məharətlərini göstərirdi. Şirəli Allahyarov adlı xoruz döyüşdürəndən öyrəndik ki, döyüşkən xoruzların öz növləri olur. Bu xoruzlar həm görünüşcə, həm də xüsusiyyətcə adilərdən fərqlənir. Məsələn, 1 yaş, 6 aylıq olan Qızılquş adlı xoruz növü istənilən xoruzla sona qədər mübarizə apara bilər. Şirəli Allahyarovun sözlərinə görə, bu xoruzlar çox vaxt meydanda qalib gəlir. Lakin heç zaman qaçmağı xoşlamırlar. Bu xoruzların savaşı adətən ölümlə də nəticələnir. Deyilənləri sübut etmək üçün Qızılquş Əfqan adlı xoruzla döyüşdürüldü. Qısa döyüşdə Qızılquş doğrudan da öz bacarığını sübut etdi.

Maraqlı məqamlardan biri də milli geyimdə olan xanımlar idi. Milli geyimli xanımlar bir daha dünyanın ən gözəl xanımlarının Azərbaycan qadınları olduğunu sübut edirdi. Bunu İngiltərədən qonaq gələn, özü də Azərbaycanın milli geyimində olan Coanna adlı xanım da təsdiq etdi: “Bilirsiniz, bütün dövlətlərin xüsusi geyimləri olur. Mən Qafqaz ölkələrinin çoxunda olmuşan. Bu geyimlər bir-birindən fərqlənir. Amma mənim ən çox Azərbaycan xanımlarının milli geyimləri xoşuma gəldi. Bunun üçün də mən belə geyindim. Düşünürəm ki, bu mənə yaraşır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi