AzTV-nin baş redaktoru mükafata layiq görülüb

MARAQLI
14:38 05.05.2011
1743
Televiziya nominasiyası üzrə «Humay» mükafatı AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İbrahim Məmmədova təqdim edilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ. Məmmədov bu mükafata «Sovet İmperiyasının gizlinləri. Qriqoryanın işi» adlı 3 hissəli sənədli filmə görə layiq görülüb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC isə xüsusi diplomla təltif edilib. 

OXŞAR XƏBƏRLƏR