Azyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çökdü - FOTO

SOSİAL
11:21 27.12.2019
2657
Kürdəmir rayonunda azyaşlı uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hadisə rayonun Xırdapay kənd folklar evində qeydə alınıb.
Şənlik zaman qəfildən zalın döşəməsi çöküb. Hadisə zamanı xəsarət alan olmasa da, azyaşlılar dərhal zaldan çıxarılıblar.

Qeyd edək ki, Xırdapay kənd foklor evi 2013-cü ildə təmir olunub.

İlkin məlumata görə, həmin zaman işlərin qeyri-peşəkarlara həvalə olması zalın döşəməsinin çökməsinə səbəb olub.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR