Azərbaycanda nəvə babasının evindən xeyli miqdarda pul oğurlayıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Fidail Xasayevin evindən 3700 manat pul oğurlayan nəvəsi Taryel Binnətov saxlanılıb.