Bakı sakinləri metrodan niyə “qaçır”?

MARAQLI
09:23 24.03.2011
1964

AZXEBER.COM portalının Dövlət Statistika Komitəsinin “Nəqliyyat sektorunda sərnişin daşınması” ilə bağlı statistik məlumatlarına əsasən verdiyi xəbərə görə,  bu ilin yanvar-fevral aylarında Bakı metrosu ilə 28,3 milyon sərnişin daşınıb. Bu isə ötən ilin analoji dövrünə nisbətən 2,3 faiz azdır.

Ümumilikdə götürəndə isə, 2000-ci ildə metro ilə daşınan sərnişinlərin sayı 117 milyon 364 min nəfər olduğu halda sonrakı ildə bu rəqəm 119 milyon 341 minə çatıb. 2002-ci ildə isə metrodan istifadə edən sərnişinlərin sayı kəskin azalıb və həmin il bu nəqliyyat vasitəsindən 115 milyon 639 min sərnişin istifadə edib. Bu isə 2001-ci illə müqayisədə təxminən 4 milyon az sərnişin deməkdir. Bundan sonrakı illərdə sərnişin sayı artsa da, 2009-cu ildə bu rəqəm 206, 140 nəfər sərnişinə çatıb. Ancaq, 2009-cu ilin oktyabrın 1-də Bakı metrosunda gedişhaqqının 5 qəpikdən 15 qəpiyə qaldırılmasından sonra bu nəqliyyat növündən istifadə edənlərin sayında kəskin azalmalar müşahidə edilib.

Qeyd edək ki, Azərbaycanda sərnişin daşınmaya görə birinci yeri avtomobillər tutur ki, 2009-cu ildən (1 114 593) bu günə kimi bu nəqliyyat növündə artım müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR