Komandanın ümumi nəticədə məğlubiyyətinə görə məyus olan “Bakı”nın azarkeşləri də sakit görünmürdü. Yerli fanatlar xüsusi aksiya keçirməyi düşünürmüş. Onlar qarşılaşmadan dərhal sonra “Xəzər Lənkəran”ın bayrağını yandırmaq istəyib, amma polisin işə qarışması bunun qarşısını alıb. “Bakı”nın azarkeşlərinin bir neçəsi polis bölməsinə aparılıb.