Bakcell və “Xalq Bank”dan minlərlə hədiyyə

Bakcell və “Xalq Bank”dan minlərlə hədiyyə
İQTİSADİYYAT
14:31 29.03.2018
4659
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün "Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və inanılmaz kampaniyalarla sevindirməyə davam edir. ""Xalq Bank”la "Ulduzum” hədiyyələr qazandırır!” kampaniyasında iştirak etməklə "Ulduzum” abunəçiləri gözəl hədiyyələr qazanmaq şansı əldə edirlər.

15 mart 2018-ci il tarixdən 15 sentyabr 2018-ci il tarixinədək keçirilən ani lotereyanın şərtlərinə əsasən, "Xalq Bank”ın filiallarında müvafiq bank əməliyyatlarından (təcili pul köçürmələri, kommunal, rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi və s.) istifadə edən hər bir şəxs 8000-dən artıq hədiyyədən birini qazanacaq.

Ani lotereyada iştirak edib hədiyyələri qazanmaq üçün "Xalq Bank”ın istənilən filialında yuxarıda göstərilən bank əməliyyatlarından istifadə zamanı, XALQBANK sözünü 5555 nömrəsinə pulsuz SMS vasitəsilə göndərməklə alınan "Ulduzum” kodunu Bankın əməkdaşına təqdim etmək lazımdır. Həmin kod bank əməkdaşı tərəfindən elektron lotereya proqramına daxil edilir. Proqram təsadüfi seçim yolu ilə müştərinin hədiyyəsini müəyyən edir və hədiyyə yerində təqdim olunur.

Qeyd edək ki, kampaniyada iştirak edən müştərilər 20-yə qədər pulsuz Bakcell dəqiqəsi, 10 litrə qədər yanacaq təmin edən "Azpetrol” kuponları, "Autolux”dan endirim kuponları və digər gözəl hədiyyələr əldə edəcəklər.

Lotereya haqqında daha ətraflı məlumatı telefonla bankın "138” Məlumat Mərkəzindən, www.xalqbank.az və www.ulduzum.az saytlarından əldə etmək mümkündür.

2.7 milyon nəfərdən çox abunəçisi və 230-dək tərəfdaşı olan "Ulduzum” bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

"Bakcell”in təqdim etdiyi "Ulduzum” loyallıq proqramında bütün Bakcell abunəçiləri iştirak edə bilər. Bunun üçün heç bir xüsusi ödəniş və yaxud abunə haqqı tələb olunmur. Ulduzum proqramına qoşulmaq üçün "1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək kifayətdir. Həmçinin, "Ulduzum” proqramından daha rahat şəkildə istifadə etmək üçün Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib