Bakcell yeni baş icraçı direktorun işə başlayacağını elan edir

Bakcell yeni baş icraçı direktorun işə başlayacağını elan edir
İQTİSADİYYAT
16:33 16.04.2019
4365
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin yeni baş icraçı direktoru vəzifəsinə cənab Rainer Rathgeber təyin ediləcək. O, şirkətdə fəaliyyətinə növbəti ay ərzində müvafiq prosedurlar bitdikdən sonra başlayacaq.

AZXEBER.COM xəbər verir ki, telekommunikasiya sahəsində 20 illik iş təcrübəsinə malik olan cənab Rathgeber Avropa və Asiya ölkələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Almaniyada "Deutsche Telekom AG” strukturlarında rəhbər vəzifələrində çalışan cənab Rathgeber "T-Mobile International AG”də vitse-prezident, "T-Mobile Croatia”da baş icraçı direktor, "Croatian Telekom”da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, "OTE Group Greece” və "Romtelecom Romania”da direktorlar şurasının üzvü olub. O həmçinin, Abu Dabidə "Etisalat Groupd”da baş kommersiya direktoru, Nigeriyanın "EMTS” şirkətinin və Pakistanın "PTCL” və "Ufone” şirkətlərinin direktorlar şurasının üzvü, Pakistanın "Ufone” şirkətində baş icraçı direktor, Pakistanın "Ubank” təşkilatında (PTCL qrupunun hissəsi) direktorlar şurasının sədri kimi vəzifələrdə çalışıb.

"Bakcell Azərbaycanın telekommunikasiya sektorunda güclü mövqeyə malikdir və son illərdə xüsusilə böyük nailiyyətlər əldə edib. Bu sırada mən qlobal telekommunikasiya sektorunda böyük əhəmiyyət daşıyan "ən sürətli mobil şəbəkə” və "best in test” ("sınaq nəticələrinə görə ən yaxşı”) mükafatlarını, sürətlə genişləndirilən 4G şəbəkəsini və müştəri xidmətləri sahəsində innovasiyaların tətbiqi kimi məqamları xüsusilə vurğulamaq istərdim. "Bakcell”in davamlı inkişafı üçün öz peşəkar təcrübəmdən və bacarıqlarımdan tam olaraq istifadə edəcəyəm. İnanıram ki, şirkətin peşəkar komandası ilə birlikdə "Bakcell”in bundan sonra da uğurlu inkişafını davam etdirəcəyik”, deyə cənab Rathgeber bildirib.

2016-cı ilin may ayından 2019-cu ilin aprel ayınadək "Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış cənab Nikolai Beckers şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində Bakcell şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.

Bakcell Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir. Şirkətin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təqdim edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
13:24 04.07.2025
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
13:18 04.07.2025
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
Sabahın hava proqnozu açıqlanıb
13:13 04.07.2025
Sabahın hava proqnozu açıqlanıb
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
13:09 04.07.2025
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:06 04.07.2025
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
12:58 04.07.2025
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb