‘Bakcell’dən kişilərə təhqiramiz SMS: ‘Dostlarınızla kişi səsiylə danışa bilərsiniz’ –(FOTOFAKT)

‘Bakcell’dən kişilərə təhqiramiz SMS: ‘Dostlarınızla kişi səsiylə danışa bilərsiniz’ –(FOTOFAKT)
SOSİAL
17:48 18.04.2016
4468

Ölkədə 3 mobil operatorun xidmətindən bəhrələnən abonentlərin sayı artsa da, bu sahədə abonentlərin qarşılaşdıqları problemlər illərdir ki, həllini tapmamış qalır.

İllərdir ki, abonentlərin nömrəsinə reklam xarakterli SMS-lər göndərən mobil operatorlar müştərilərin hüquqlarını kobud şəkildə pozmağa davam edirlər. Hər bir mobil operatorun abonenti gün ərzində ən azı “Sevgi mesajlarına abunə ol! Sevgi yaz 9095 nömrəsinə göndər”kimi buna bənzər məzmunlu bezdirici reklam mesajları alır.

AZXEBER.COM xəbər verir ki, artıq mobil operatorlar bu işdə öz imkanlarını daha da zorlamağa başlayıblar.

Ölkənin ilk mobil operatoru olan “Bakcell” şirkəti “spam” mesajlarda xüsusi canfəşanlıq göstərməsi ilə tanınır. Artıq sosia şəbəkələrdə bununla bağlı müxtəlif paylaşımlar da görmək mümkündür.

Şirkət öz abunəçilərinə göndərdiyi mesajlarda bəzi təhqirlərə də yol verir. Belə ki, göndərilən spam mesajların birində “***** nömrəsinizdən *99#YES yığaraq dostlarınzla uşaq və ya kişi səsi ilə danışa bilərsiniz! Zəngləriniz çox maraqlı olacaq!” deyə mesaj göndərib. Bu isə operatorun kişi istifadəçiləri tərəfindən birmənalı qarılanmayıb. Onlar bunu özlərinə təhqir kimi qiymətləndiriblər.

Məsələnin hüquqi tərəfinə Milli Məclis səviyyəsində qiymət verilsə də hələ də spam mesajlarla bağlı mobil operatorlara heç bir basqı edilməyib. AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərinə görə, abonentlərin icazəsi olmadan mobil telefonlarına hansısa istənməyən SMS-in göndərilməsi birbaşa istehlakçı hüquqlarının pozulması deməkdir.

Qeyd edək ki, bu məsələnin reklam haqqında qanunun qəbul edilməsindən sonra həllini tapacağı iddia olunsa da, mobil operatorlar bundan çıxış yolu taparaq müxtəlif kiçik şirkətlər vasitəsi ilə spam SMS-lərini istehlakçılara göndərir. Azərbaycanda mobil operatorların spam mesajları abonentləri narahat etməkdə davam etsə də, qonşu Rusiyada bunun çarəsi tapılıb. Belə ki, qanunvericiliyə edilən dəyişikliklə mobil operatorlar abonentin icazəsi olmadan ona reklam xarakterli mesaj göndərə bilməzlər.

OXŞAR XƏBƏRLƏR