“Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir.

“Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir.
İQTİSADİYYAT
17:41 30.09.2025
265
"Bakcell”in baş icraçı direktoru "INMerge” İnnovasiya Sammitində çıxış edibİnnovasiya və sürət lideri "Bakcell”in tərəfdaşı olduğu "INMerge” İnnovasiya Sammiti uğurla davam edir.
 
AZXEBER.COM xəbər verir ki, tədbirin ilk günündə "Bakcell”in "Telekom” vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller "FinTex və telekommunikasiya sahələri arasında sinerji” mövzusunda panel müzakirəsində iştirak edib. "Özbəkistan Respublikasının Fintex Assosiasiyası”nın inkişaf üzrə rəhbəri və idarə heyətinin sədri Nargis Dustmatovanın moderatorluğu ilə keçirilən tədbirə Klaus Müller ilə yanaşı, "Birbank”ın gündəlik bank ofisinin rəhbəri Zakir Xanməmmədov, "Freedom Telecom International”ın baş icraçı direktoru Yohannes Hummer və "GoldenPay”ın baş icraçı direktoru Eynar Abdullayev qatılıb.
 
Paneldə çıxış zamanı Klaus Müller "Bakcell”in innovativ biznes yanaşması, süni intellekt və rəqəmsal həllərin məhsul və xidmətlərdə tətbiqi barədə ətraflı məlumat verib. O, xüsusilə "Bakcell”in ölkənin ilk rəqəmsal bankı "Birbank” ilə tərəfdaşlığını vurğulayaraq, bu əməkdaşlığın innovasiyaya əsaslanan və yüksək funksionallığa malik xidmət modelinin formalaşmasına imkan yaratdığını qeyd edib. Bu tərəfdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüslərin Azərbaycanın innovasiya və rəqəmsal maliyyə xidmətləri ekosistemində yeni yanaşma gətirdiyi bildirilib.
 
Sessiyada, həmçinin böyük məlumatların və süni intellekt modellərinin tətbiqinin hər iki sahənin inteqrasiyasına əlavə dəyər qatacağı vurğulanıb."Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində dayanıqlı fəaliyyətini davam etdirir.

"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda hərbi texnika daşıyan yük maşını yandı
21:48 30.09.2025
Goranboyda hərbi texnika daşıyan yük maşını yandı
Azərbaycan və İtaliyanın dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər
21:43 30.09.2025
Azərbaycan və İtaliyanın dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər
Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir
21:34 30.09.2025
Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir
İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib
21:24 30.09.2025
İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib
Vardanyanın məhkəməsində zərərçəkmişlər dinlənildi
21:23 30.09.2025
Vardanyanın məhkəməsində zərərçəkmişlər dinlənildi
Azərbaycanla Əlcəzair arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib
21:01 30.09.2025
Azərbaycanla Əlcəzair arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib
"Səbail" braziliyalı yarımmüdafiəçi transfer etdi
20:52 30.09.2025
"Səbail" braziliyalı yarımmüdafiəçi transfer etdi
Zakir Həsənov Pakistana başsağlığı verdi
20:43 30.09.2025
Zakir Həsənov Pakistana başsağlığı verdi
İrəvanda partlayış baş verib, yaralılar var
20:36 30.09.2025
İrəvanda partlayış baş verib, yaralılar var
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
20:30 30.09.2025
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
20:29 30.09.2025
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
Prezident: Aİ ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik
20:26 30.09.2025
Prezident: Aİ ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik
İlham Əliyev İtaliya Prezidentinin TAP layihəsinin icrasındakı rolunu açıqlayıb
20:24 30.09.2025
İlham Əliyev İtaliya Prezidentinin TAP layihəsinin icrasındakı rolunu açıqlayıb
Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik - İlham Əliyev
20:21 30.09.2025
Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik - İlham Əliyev
"İtaliyanın Azərbaycana dəstəyini bu gün də hiss edirik" - İlham Əliyev
20:19 30.09.2025
"İtaliyanın Azərbaycana dəstəyini bu gün də hiss edirik" - İlham Əliyev
Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır - Prezident
20:16 30.09.2025
Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır - Prezident