Bakı, Abşeron və Hacıqabulda su kəsiləcək

Bakı, Abşeron və Hacıqabulda su kəsiləcək
SOSİAL
10:20 23.09.2021
365
Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron, Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR