Bakı İstintaq təcridxanasına soyuq silah keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq təcridxanasına soyuq silah keçirilməsinin qarşısı alınıb
KRİMİNAL
15:53 23.12.2013
1981

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşya aşkar edilərək götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1976-cı il təvəllüdlü, Bakı Ağır cinayətlər məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3 maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İrmak Məhəmməd oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş İlqar Məhəmməd oğlu Əliyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.(apa)

OXŞAR XƏBƏRLƏR