Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşya aşkar edilərək götürülüb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1976-cı il təvəllüdlü, Bakı Ağır cinayətlər məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3 maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İrmak Məhəmməd oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş İlqar Məhəmməd oğlu Əliyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.(apa)